Əjdər Ol daha bir vəzifəsini İTİRDİbackend

Əjdər Ol daha bir vəzifəsini İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol (Əjdər Cəbiyev) daha bir vəzifəsini itirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru vəzifəsindən azad edilib.

Xəbəri Azərbaycan Yazıçılar Birliyindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Əjdər Ol fevral ayında Səlim Müslümovun həbs edilməsindən sonra saxlanılmışdı. O, Səlim Müslümovla uzun müddət birgə işləyib və onun yaxın adamlarından biri kimi tanınıb.