Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…backend

Əhmədzadədən daha bir şübhəli tender: 10 manatlıq şirkətə 300 min manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Mollakənd Mexaniki Suvarma İdarəsi 291 min 766 min manatlıq satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, maşın-mexanizmlərinin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması müsabiqəsinin qalibi “MM – Parts” MMC olub.
Ötən ilin fevralın 7-də yaradılan şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayət şəhəri, 9 mkr, ev 56, m.35-dir. Qanuni təmsilçisi isə Mahir Maarif oğlu Mustafayevdir.
Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi, habelə fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Bu baxımdan 1 il əvvəl yaradılan şirkətin az qala 300 min manatlıq tenderi udması və satınalmalar haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə uyğun olması şübhələrə əsas verir.
Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi tenderlərin əksəriyyətində şəffaflıq gözlənilmir və mövcud qanunvericiliyin tələblərinin pozulmasıyla bağlı mediada kifayət qədər təkzibolunmaz faktlar açıqlanıb.