Əhmədzadə “tender canavarı”na 210 min manatlıq tender verdibackend

Əhmədzadə “tender canavarı”na 210 min manatlıq tender verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabirabad Mexaniki Suvarma İdarəsi bu gün tikinti materiallarının satın alınması müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, 210 min 881 manat 3 qəpik məbləğində olan tenderin qalibi fiziki şəxs Rahib Ağamulla oğlu Əkbərov olub.
Araşdırmalar zamanı məlum oldu ki, Rahib Əkbərov son bir ildə Meliorasiya və Su Təsəsrrüfatı ASC-nin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda davamlı olaraq qalib elan olunur.
Belə ki,  adıçəkilən fiziki şəxs ötən ilin 26 və 28 fevral tarixlərində Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsinin cari təmir işləri üçün tikinti materiallarının satın alınması  (275814.45 AZN) və əsaslı təmir işləri üçün tikinti materiallarının satın alınması (95397.03 AZN) tenderlərinin qalibi olub. Həmçinin, İmişli Suvarma Sistemləri İdarəsinin 24/02/2020 tarixində keçirdiyi və məbləği 287 min 244 manat 54 qəpik olan əsaslı və cari təmir üçün mal-materialların satın alınması müsabiqəsinin qalibi Rahib Əkbərov elan olunub.
Media da Rahib Əkbərov Muğan bölgəsinin “tender canavarlarından biri” kimi xarakterizə olunub.