ƏGƏR VARSA… pulumuzu necə saxlayaq? – Manat, dollar, yoxsa avro?backend

ƏGƏR VARSA… pulumuzu necə saxlayaq? – Manat, dollar, yoxsa avro?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Uzun müddətdə xərclənməsi gözlənilməyən pul ən yaxşı şəkildə dollar və ya avroda saxlanılmalıdır.

TİA.AZ cebhe.info-ya istinadən xəbər verir ki, bu fikri PRIME agentliyinə müsahibəsində Maliyyə İdarəetmə Ali Məktəbinin analitik tədqiqatlar şöbəsinin rəhbəri Mixail Koqan deyib.

Ekspertin izah edb ki, oktyabr ayında Federal Ehtiyat Sisteminin (Amerika Mərkəzi Bankı – red.) aktivlərin geri alınması proqramının mərhələli şəkildə ləğv ediləcəyini açıqlamasından sonra dolların məzənnəsi bir qədər də möhkəmlənməyə başlayıb.

Koqan bildirib ki, Avropa valyutasının ümumi zəifliyi və enerji böhranı fonunda dollar avroya nisbətdə 1,19-dan 1,13-ə qədər bahalaşıb:

“Beləliklə, uzun müddət xərclənməsi planlaşdırılmayan əmanətləri dollar və ya avroda saxlamaq daha yaxşıdır”.

Rusiya ilə Qərb arasında artan geosiyasi gərginlik fonunda rublun möhkəmlənməsi və onun bir dollar üçün 70 və avro üçün 80-dən aşağı düşməsi ehtimalı çox azdır.

Koqan hesab edir ki, mümkün inflyasiya və devalvasiya dalğalarını nəzərə alaraq, dollar və avro hələ də növbəti bir neçə ay pul yığmaq üçün ən yaxşı variant kimi görünür, lakin əmanətlərin kiçik bir hissəsi hələ də milli valyutada saxlanmalıdır.