Əgər məni seçsəniz, müsəlmanları Ağ Evə gətirəcəm! – Bayden and içibbackend

Əgər məni seçsəniz, müsəlmanları Ağ Evə gətirəcəm! – Bayden and içib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə namizəd Co Bayden bazar erəsi and içib ki, əgər noyabr seçkilərində qalib gəlsə, amerikalı müsəlmanları öz administrasiyasına daxil edəcək.

“Siz (amerikalı müsəlmanlar) bu şəraitdə sizinlə işləyəcək, daha sizləri «günah yüklü keçi» saymayacaq prezidentə sahib olmağa layiqsiniz…Əgər mən ABŞ prezidenti seçilmək şərəfinə nail olsam, biz birlikdə işləyəcəyik” – keçmiş vitse-prezident ABŞ-n müsəlman icması nümayəndələri ilə keçirdiyi vebinarda bldirib. Xəbəri «Əl-Ərəbiyyə» kanalı yayıb.

Baydenin sözlərinə görə, o, başda Donald Tramp olmaqla, Ağ Evin indiki administrasiyası tərəfindən əhalisi əsasən, müsəlmanlardan ibarət olan ölkələrdən insanların ABŞ-a gəlməsinə qoyulmuş qadağanı aradan götürəcək.