Tribuna İnformasiya Agentliyi

“Ege Hospital”dan daha 26 həkim, onlarla tibb işçisi məcburi işdən çıxarıldı – ŞOK TƏHDİD/ SİYAHI

13 İyun

Xəbər verdiyimiz kimi, Bakıda “Grand Hospital” adıyla fəaliyyət göstərən xəstəxananın adı bu günlərdə “Ege Hospital” olaraq dəyişdirilmiş və xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulmuşdu. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət etmişdi. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını demiş, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham etmişdi.

Xəstəxana ətrafında yaşanan qalmaqal isə görünür, bununla dayanmayacaq. Bakupost.az-a daxil olan məlumata görə, xəstəxananın yeni rəhbərliyi tibb “Grand Hospital”da adı altındakı dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyir.
Əldə etdiyimiz məlumata görə, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.
Namiq İsmayılov
Rasim Məhərrəmov
Şahin Manafov
Pərviz Aslanov
Tələt Şəfiyev
Röyal Hacıməmmədov
Könül Mahmudova
Afaq Qəhrəmanova
Zərifə Hacıbəyli
Ramil Abdulov
Teymur Məmmədov
Zərdan Bəylərov
Arzu Hüseynob
Seymur Musayev
Günay Əhədova
Lalə Alıcan
Arzu Eyyubova
Əlkəbər Həmidov
Əlizamin Sadıqov
Günay Ağazadə
İlahə Həsənli
Samirə Hüseynova
Munisə Quliyeva
Lamiyə Əzimzadə
Emin Qurbanov
Turan Musayeva
Onu da qeyd edək ki, “Grand Hospital”dan işdən çıxarılan həkimlər və tibb işçiləri müvafiq dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.
Bundan əvvəl qanunsuz olaraq çıxarılan həkimlərin siyahısını BURADAN oxuya bilərsiniz.