“Əfv komissiyasında iş gedir” – Komissiya üzvübackend

“Əfv komissiyasında iş gedir” – Komissiya üzvü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında imzaladığı sərəncama əsasən, komissiyanın sədri və üzvlərinin bir hissəsi dəyişib.

Bəs komissiyanın iclası nə zaman keçiriləcək?

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Report”un sorğusuna cavab olaraq bildirib ki, iclasların çağırılması komissiya sədrinin səlahiyyətindədir:

“Komissiyanın sədri iclasları o zaman çağırır ki, daxil olan müraciətlərlə bağlı arayışlar tam hazırlanır. Bundan sonra sədr iclas çağırır və müzakirələrə başlanılır”.

Ə.Nuriyev əlavə edib ki, komissiya katibliklərlə birlikdə 18 nəfərdən ibarətdir və pandemiya ilə əlaqədar hələlik 10 nəfərdən artıq şəxsin bir yerə toplaşması xüsusi karantin rejiminin qaydalarına ziddir: “Bu da iclasların keçirilməsi üçün texniki və qaydalara əməl edilməsi baxımından vaxt apara bilər. Amma komissiyanın katibliyi və əfv sektoru işləyir və daxil olan müraciətlərin emalı, müvafiq arayışların hazırlanması prosesi gedir. Həmçinin komissiyanın üzvləri kimi bizə daxil olan müraciətləri katibliyə yönəldirik. Yəni, komissiyada iş gedir. Artıq komissiyanın tərkibi də tam təsdiqlənib. Ümid edirik ki, karantin rejiminin yumşalması fonundakı şərtlər daxilində iclasların keçirilməsi də mümkün olacaq”.

Növbəti əfv sərəncamının nə zaman imzalanacağı barədə suala cavab olaraq Ə.Nuriyev deyib ki, əfvlə bağlı daxil olan bütün müraciətlər müvafiq qaydada araşdırılır: “Düşünürəm ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və ya Novruz Bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər. Təbii ki, bu məsələ birbaşa ölkə başçısının konstitutsion səlahiyyətindədir”.