Əfv Komissiyası iclaslarını yekunlaşdırdı – siyahı Prezidentə göndəriləcəkbackend

Əfv Komissiyası iclaslarını yekunlaşdırdı – siyahı Prezidentə göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 17-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib. Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb. Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Bu dəfə əfv siyahısının əvvəlkilərə nisbətən daha geniş olacağı bildirilir.

Əfv Komissiyasının yekun iclasından sonra qurumun üzvü Rəşad Məcid “Yeni Müsavat”a danışdı: “Mindən artıq müraciətə baxılıb. Müsbət rəy verilənlər toplanacaq və cənab prezidentə təqdim olunacaq”.

Hamınız bir bezin qırağısınız...” — Rəşad Məcid

Rəşad Məcid: “Müsbət rəy verilənlər toplanacaq və…”

Komissiya üzvü siyahının nə vaxt ölkə başçısına təqdim olunacağı barədə bir söz deməyə çətinlik çəkdi.

İnsan Hüquqları üzrə  Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı: “İnşallah, hər kəsin gözlədiyi əfv sərəncamı olacaq. Siyahı cənab Prezidentə təqdim olunacaq. Ondan asılıdır, siyahını ya təsdiq edər, ya da əlavələr edər. Ümid edirik ki, çox insanlar, xüsusilə cəmiyyət üçün maraq kəsb edənlər azad olunacaqlar. Çox istərdim ki, Qarabağda döyüşmüş insanlar o siyahıda əks olunsunlar. İnsandırlar, başlarına min dənə iş gələ bilər”.

Hüquq müdafiəçisi Əfv Komissiyasının qısa müddətdə keçirilən 10 iclasını müsbət dəyərləndirdi: “İntensiv çalışdılar. Belə olduğu üçün Novruza qədər işlərə baxılma mərhələsini başa çatdırdılar ki, bu sərəncam imzalansın. Onlar da çox sağ olsunlar. Ümid edirəm ki, orada bir çox insanların adları olacaq, çoxsaylı ailələr sevinəcək”.

Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə  etmələri qanunvericiliyə uyğun təşkil olunur - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Səadət Bənəniyarlı: “Qarabağda döyüşmüş insanlar o siyahıda əks olunsunlar”

“Prezident yanında Əfv Məsələləri Komissiyası öz işinə başlayandan biz Monitorinq Qrupu adından öz siyahımızı təqdim etmişik. Siyahıda kifayət qədər məhbusun adı var. Mən inanıram ki, bizim siyahımız nəzərə alınacaq və kifayət qədər insan azadlığına qovuşacaq. Çünki bizim siyahımız başqa hüquq müdafiəçilərinin siyahısı kimi 100-150 deyil, konkret sayı əhatə edir. Kifayət qədər lazımlı və dəqiq siyahıdır”.

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq  [Video-müsahibə]

Səidə Qocamanlı 

Bunu Modern.az-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi qrupunun üzvü Səidə Qocamanlı Novruz bayramı ərəfəsində Prezident tərəfindən verilməsi gözlənilən əfvlə bağlı danışarkən bildirib.

Hüquq müdafiəçisi fərd olaraq məhbusların adını çəkmək istəməyib: “Əfv Məsələləri Komissiyası siyahını hazırlayıb Prezidentə ötürür. Əfv sərəncamını vermək ölkə başçısının səlahiyyətindədir. Ola bilər Prezident heç ümumiyyətlə siyahıda olmayan bir şəxsin adını siyahıya salsın. Bu onun müstəsna hüququdur. Amma bizim siyahımızda həbsdə olan jurnalistlərin də, blogerlərin də, siyasi partiya üzvlərinin də, dindarların da, ömürlüklərin də adları var. Lazım olan hamının adı siyahımızda var, gözləyək, son söz Prezidentindir. Mən indidən nəsə deyə bilmərəm, çünki onların taleləri həll olunur. Hər adın arxasında bir insan taleyi durur. Ad çəkib onların azadlığına mane olmayaq”.

Qeyd edək ki, sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub. Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanmışdı.