Əfsanəvi qapıçı ölkə prezidentliyinə namizəd oldubackend

Əfsanəvi qapıçı ölkə prezidentliyinə namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paraqvay millisinin sabiq oyunçusu Xose Luis Çilavert 2023-cü ildə ölkəsində keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb.

Tia.az xəbər verir ki, əfsanəvi qapıçı bununla bağlı özünün tvitter hesabından paylaşım edib.

Veteran qolkiper səhifəsində “Chila 2023” və “Paraqvaylı olduğuma görə qürur duyuram” sözləri yazılmış təbliğat posteri paylaşıb.

Qeyd edək ki, Paraqvay millisinin heyətində 1998 və 2002-ci illərdəki dünya çempionatında iştirak etmiş Xose Luis Çilavert karyerası ərzində 67 qol vurub. O, braziliyalı Rocerio Senidən sonra dünyanın ən sərrast ikinci qapıçısıdır.