Əfsanəvi komandirin oğulları “Taliban”a qarşı mübarizəyə başladı: 3 bölgə geri alındıbackend

Əfsanəvi komandirin oğulları “Taliban”a qarşı mübarizəyə başladı: 3 bölgə geri alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əfqanıstanın ilk komandiri Əhməd Şah Məsudun oğulları – Əhməd Məsud və Yar Dostum “Taliban”a qarşı mübarizəyə başlayıb.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar vitse-prezidenti Əmrullah Salehlə birləşərək mübarizəyə start veriblər. Əfsanəbi komandirin oğulları keçmişdə “Taliban”a qarşı müqavimət qalası hesab edilən Pencşir əyalətində bir araya gəliblər.

 

Artıq mübarizə ilk nəticələri verib. Belə ki, Əhməd Məsud və Yar Dostuma bağlı qüvvələr Bağlan vilayətinin 3 bölgəsini azad ediblər. Qarşıdurma zamanı 100-dən çox “Taliban” silahlısının məhv edildiyi vurğulanır.
Qardaşların müqavimət qrupunda 10 min döyüşçünün olduğu deyilir.