Əfsanə 41 yaşında futbola döndü – 44 manat maaş alacaqbackend

Əfsanə 41 yaşında futbola döndü – 44 manat maaş alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Super Liqa nəhəngi “Trabzonspor”la məşhurlaşan 41 yaşlı futbolçu İbrahima Yattara futbola qayıdıb.

Fanat.Az “Milliyet”ə istinadən xəbər verir ki, qvineyalı futbolçu 5 illik fasilədən sonra yaşıl meydanlara qayıdıb. O, Dənizlidə keçirilən həvəskar komandaların çempionatında iştirak edəcək.

Yattara Dənizli Super Həvəskar Liqasında A qrupunda 24 xalla lider olan “Yeşil Çivril Belediyespor”da oynayacaq. Rəhbərlik 5 ildən sonra yaşıl meydanlara qayıdan 41 yaşlı qvineyalı futbolçuya hər matç üçün 350 lirə (təxminən 44 manat) verəcək.

“Yeşil Çivril Belediyespor”un sədri Yasin Gökyaş bu transferdə önəmli rol oynayan Acun Ilıcalı ilə yanaşı “Futbol TV”də çalışan 26 yaşlı Ahmet Kılınçın vasitəçi və sponsor olduğunu bildirib. O, Yattaranın transferinin klub üçün böyük reklam olduğunu, həm forma atışından gəlir qazanacaqlarını, həm də azarkeş toplayacaqlarını deyib. Hədəflərinin 3-cü Liqa olduğunu bildirən sədr “yaşıl-ağlılar” üçün matç başına 350 lirə alacaq Yattaranın təyyarə ilə gediş-dönüş biletlərini sponsor Ahmet Kılıçın ödəyəcəyi və hava limanından rayona şəxsi maşını ilə gəlib-gedəcəyini bildirib.

Qeyd edək ki, Ibrahima Yattara karyerası ərzində Qveniyanın “Atletiko Kolah”, Belçikanın “Royal Antverp”, “UR La Luver”, Səudiyyə Ərəbistanın “Əl-Şabab”, Türkiyənin “Trabzonspor” və “Mersin İdman Yurdu” klublarına çıxış edib.