Əfqanıstanın qadın milli futbol komandasının üzvləri Pakistana qaçdılar – Fotolarbackend

Əfqanıstanın qadın milli futbol komandasının üzvləri Pakistana qaçdılar – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın qadın milli futbol komandasının bəzi üzvləri “Taliban” hakimiyyətindən qaçaraq Pakistana sığınıblar.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, qadın futbolçular səyahət zamanı başlarına hər hansı bir xoşagəlməz hadisənin gəlməməsi üçün niqab taxmalı olublar.

Pakistan rəsmiləri bu məlumatı təsdiqləyib. Bildirilib ki, qadın futbolçular və onların ailələrindən ibarət 80 nəfərlik heyət çərşənbə axşamı ölkəyə daxil olublar.

Pakistanın rabitə naziri Favad Çaudri bu barədə aşağıdakıları qeyd edib:

“Əfqanıstan qadın futbol komandasını alqışlayırıq. Oyunçuların Əfqanıstan pasportu və Pakistan vizası var idi. Onlar Pakistan Futbol Federasiyası tərəfindən qarşılanıblar”.
Pakistanda çıxan “Dawn” qəzeti bütün qadın futbolçulara təcili humanitar viza verildiyini yazıb. Çiçəklərlə qarşılanan qadın futbolçular “Taliban” tərəfindən hədəf. alınacağından qorxduqlarını deyiblər.
Yayılan məlumatda həmçinin qeyd olunub ki, qadın futbolçular Pakistanın Lahor şəhərinə aparılıb.

Bəzi futbolçuların isə ABŞ-a sığınacağı gözlənilir.

Qeyd edək ki, üç həftə əvvəl Avstraliya Əfqanıstandan 50-dən çox qadın idmançı və onların yaxınlarını təxliyə etmişdi.

“Taliban” rəhbərliyi qadınların idmanla məşğul olmasına icazə verib -verməyəcəyi ilə bağlı hələ rəsmi bir açıqlama yaymayıb. Lakin Avstraliya mediasına danışan bir “Taliban” rəsmisi, qadınların idman fəaliyyətlərinin lazımsız olduğunu demişdi.