Əfqanıstanda qadınlar qorxudan burka və hicab almağa başlayırbackend

Əfqanıstanda qadınlar qorxudan burka və hicab almağa başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban”, yalnız hicablı qadınların təhsilə və işə gedə biləcəyini açıqladıqdan sonra ölkədə hicab və burka satışları artıb.

“Sputnik” xəbər verir ki, qadınlar, hicabsız və ya burkasız görünsələr, “Taliban” onları təqib edər, döyər deyə qorxaraq baş və bədən örtükləri almağa başlayıb. Ötən həftənin əvvəlindəki açıqlamadan sonra, bu geyimlərin qiyməti 900 əfqanidən (10.5 ABŞ dolları) 1500 əfqaniyə yüksəlib.

Təxminən 50 yaşlarında bir qadın “Sputnik”-ə Kabilin Əhməd Şah Baba Mana Bazarında burka axtardığını deyib: “1990-cı illərin əvvəlində “Taliban” hökuməti dövründə özümə burqa almışdım. Bu gün iki qızım üçün hicab və ya çadra almaq üçün çıxmışam”.

Kabildəki Əhməd Şah Baba Manada hicab və çadra mağazasının sahibi Rəşid Əhməd “Sputnik”-ə bu ənənəvi örtük geyimlərinin satışının artdığını təsdiqləyib