Əfqan Sadıqov azad olundubackend

Əfqan Sadıqov azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Əfqan Sadıqov da əfv edilənlər arasındadır.

TİA.AZ xəbər  verir ki,Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə o da azad olunub.

Xatırladaq ki, 2020-ci ilin mayında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.