ƏFLATUN AMAŞOV: QADİR İBRAHİMLİNİN SƏHHƏTİ MƏTBUAT ŞURASININ DIQQƏTİNDƏDİRbackend

ƏFLATUN AMAŞOV: QADİR İBRAHİMLİNİN SƏHHƏTİ MƏTBUAT ŞURASININ DIQQƏTİNDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımız Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir.”
Bu barədə Əflatun Amaşov öz sosial media hesabında paylaşım edib . O bildirib ki, jurnalistin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb:
“Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə də əlaqə saxlamışıq. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.
Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümüd edək ki, səhhəti düzələcək.”- paylaşımda deyilir.

Xatırladaq ki, tanınmış jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib.

TİA.AZ