Tribuna İnformasiya Agentliyi

Efirdə qorxulu anlar: İlan rəqqasəni boğdu, köməyinə qaçdılar… – VİDEO

13 Aprel

“Səhər-səhər” verilişində qorxulu anlar yaşanıb.

Minval.info xəbər verir ki, rəqqasə Renka piton ilanı ilə birgə proqrama qonaq olub. Verilişə dəvət alanlardan biri – müğənni Sevda Sanalıyeva buna görə studiyadan qaçıb.

Daha sonra Renka pitonla rəqs etməyə başlayıb. Lakin bu, ona az qalsın həyatı bahasına başa gələcəkdi. Belə ki, piton rəqqasənin boynunu sıxıb və Renkanın nəfəs almağı çətinləşib. O, ilanı boynundan açıb çıxışını davam etdirmək istəsə də, bu, mümkün olmayıb. Ətrafdakılar vəziyyətin ciddi olduğunu görüb onun köməyinə çatıblar.

Verilişin qonaqları və aparıcıları qorxuya düşüb. Xoşbəxtlikdən rəqqasəyə kömək edilib və təhlükə sovuşub.