Eddi İsrafilov “Neftçi”də – RƏSMİbackend

Eddi İsrafilov “Neftçi”də – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” yeni transferi Eddi İsrafilovu təqdim edib.

Fanat.Az xəbər verir ki, son ölkə çempionu futbolçunun keçidini klubun rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi yeni komandasında14 nömrəli formanı geyinəcək. Eddi artıq “Neftçi” ilə ilk məşqinə də qoşulub.

Qeyd edək ki, Eddi İsrafilov iyunda İspaniya “Albasete”sindən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.