Tribuna İnformasiya Agentliyi

Ədalət Şükürov: “Bizim ölkədə acından ölən yoxdur”

26 Aprel

“İnsanların bizim müğənnilərə qarşı aqressiyasını anlamıram. Sosial şəbəkədə hansısa tədbirdən foto paylaşırsan, yazırlar ki, “sizə ayıb deyilmi, camaat acından ölür, siz kef edirsiz”.  “İnsanların bizim müğənnilərə qarşı aqressiyasını anlamıram. Sosial şəbəkədə hansısa tədbirdən foto paylaşırsan, yazırlar ki, “sizə ayıb deyilmi, camaat acından ölür, siz kef edirsiz”. 

Bu nə rəydir? Bizim ölkədə acından ölən yoxdur”. 

TİA.AZn məlumatına görəö, bu sözləri BiG.AZ-a açıqlamasında əməkdar artist Ədalət Şükürov söyləyib: “Həkim işləmək üçün xəstəxanaya gedir, müğənni də səhnəyə çıxır. Dövlət tədbirinə gedəndə deyirlər ki, kef edir. Tədbirlərə getmirsən, deyirlər ki, müğənni tənbəldir, işləmir. Mən onları anlamıram. Uzağa getməyək, ermənilər müğənnilərini elə yüksək tuturlar, onların yazdığı şərhlərə baxanda insan təəccüblənir. Onlar yazırlar ki, filan müğənni, sən bizim fəxrimizsən, səninlə qürur duyuruq, sevimli müğənnimizsən. Bizimkilər isə təhqir yazırlar. O insanlara müəllimləri, valideynləri necə tərbiyə verib? Niyə bizi sevmirlər? Müğənnilərin işi oxumaqdır. Biz göz önündə olan insanlarıq, lüks yaşamalı, gözəl geyinməli, yaxşı avtomobil sürməliyik. Biznesmenlər bizdən çox qazanır. Onlardan fərqimiz ondan ibarətdir ki, bizi televiziyada göstərirlər, onları yox. Həkimlərin, müğənnilərin kollektivində söz-söhbət daha çox olur, amma hər yerdə müğənnilərin qalmaqalı göstərilir. Biz düşmən, oğru deyilik. Sizin dəvətinizlə məclisinizdə çıxış edirik. Heç bir müğənni özünü kiminsə tədbirinə güclə salmır. Xalqın pulunu yemirik. Yazırlar ki, müğənnilər xalqın pulunu yeyir. Əgər sən kasıbsansa, mən sənin pulunu necə yeyə bilərəm? Biz şad günlərin bəzəyiyik”.