Əbülfəs Qarayev məhkəməyə ÇAĞIRILDIbackend

Əbülfəs Qarayev məhkəməyə ÇAĞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb.

TİA.AZ sfera.az-a istinadla xəbər verir ki, sabiq nazir bu gün məhkəməyə getməli olub.

Qarayevin hansı səbəbdən məhkəməyə çağırıldığı isə bəlli deyil. Sayt bununla bağlı sabiq nazirlə əlaqə yaratmağa çalışsa da, cavab ala bilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılmışdı.