DYP texniki baxış şöbəsindəki rüşvət məsələsinə aydınlıq gətirdibackend

DYP texniki baxış şöbəsindəki rüşvət məsələsinə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial şəbəkələrdə və internet saytlarında  Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində vətəndaşdan rüşvət alınması iddia olunan video görüntülər yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev TİA.AZ-a açıqlama verərək bildirib ki, görüntülərdəki qadın Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin əməkdaşı deyil, ,sığorta şirkətlərindən birinin əməkdaşıdır:

“Məlumdur ki, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətləri aparılarkən, eləcə də avtomobillər texniki baxışdan keçirilən zaman icbari sığorta  müqaviləsinin bağlanılması təmin edilməlidir və bunun üçün də müəyyən məbləğlərdə ödənişlər nəzərdə tutulub. Sığorta şirkətinin həmin qadın əməkdaşı belə bir əməliyyatı həyata keçirərkən kimsə qərəzli olaraq onun videosunu çəkib və həqiqətə uyğun olmayan məlumatlar yayıb. Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində DYP əməkdaşları tərəfindən neqativ hallara yol verilməsinə dair yayılan məlumatlar əsassızdır”.