DYP postları yenidən fəaliyyətə başladı – VİDEObackend

DYP postları yenidən fəaliyyətə başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

Xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır. Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi. Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.