DYP icazəsiz rayonlara getmək istəyənlərə xəbərdarlıq etdibackend

DYP icazəsiz rayonlara getmək istəyənlərə xəbərdarlıq etdi

“Biz ötən dəfə də dedik ki, icazəsi olmayan şəxslər rayonlara getməsinlər. Amma buna baxmayaraq, bəziləri getməyə cəhd göstərdilər. Əlbəttə ki, torpaq yolla gedənlər də olub”.

TİA.AZ xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Hazırda torpaq yolla, yaşadığı yeri icazəsiz tərk edərək rayonlara gedənlərlə bağlı araşdırma aparılır. Amma bundan sonra keçməyə cəhd göstərənlər xüsusi texniki vasitələrlə müəyyən olunacaq və məsuliyyətə cəlb olunacaqlar”, – o bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki