Tribuna İnformasiya Agentliyi

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölən var – FOTO

27 Aprel

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


TİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.
 

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.