Tribuna İnformasiya Agentliyi

DYP 40-dan çox sürücünü cərimələyib

16 Noyabr

Avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatdığından yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydlərə başlayıb. 

Avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatdığından yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydlərə başlayıb.

TİA.AZ xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov AzVision.az-a bildirib ki, bu saatədək qeyd olunan məsələ ilə bağlı 40-dan çox sürücü cərimə olunub.

Qurum rəsmisi qeyd edib ki, yol polisi əməkdaşları tərəfindən reydlər qarşıdakı günlərdə də davam etdiriləcək:

“Bakı şəhəri üzrə nəqliyyat vasitələrində quraşdırılan pərdə, plyonkalarla avtomobil idarə edən 40-dan çox sürücüyə qarşı inzibati tədbir görülüb. Saxlanılanlar arasında “məlumatsızam”, “yadımdan çıxıb” deyənlər çoxdur. Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir. Bir neçə gün öncədən KİV vasitəsilə bu barədə məlumat sürücülərin diqqətinə çatdırılıb”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər

Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.