Düşmənin xeyli canlı qüvvəsini məhv edən xüsusi təyinatlımız (VİDEO)backend

Düşmənin xeyli canlı qüvvəsini məhv edən xüsusi təyinatlımız (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin qəhrəmanlarından biri də Qubanın 2-ci Nügədi kənd sakini, 31 yaşlı Cəlil Xeyrullayevdir.

Qaynarinfo xəbər verir ki, müharibə başlayan ilk gündən döyüşlərə qatılan Cəlil Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad edilməsində fəal iştirak edib. Bu döyüşlər zamanı bir dəfə yaralansa da hospitala getməkdən imtina edərək, yoldaşlarını döyüş meydanında tək qoymayıb.Atası Mürvət Xeyrullayev deyir ki, övladım və bütün şəhidlərimiz 44 gün ərzində dastan yazdılar.

Xüsusi təyinatlımız şəhid olmazdan 2 gün əvvəl 10 nəfərlik komanda ilə düşmənin 60 yaxın xüsusi təyinatlı qüvvəsini məhv edib. Füzuli şəhəri uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xeyrullayevlər ailəsinin sonbeşiyi olan və hər zaman ailəsinin fəxri sayılan Cəlil indi bütün el-obanın qürur mənbəyidir.

Cəlil nişanlı idi. Toyunun bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda medalı” və “Cəbrayılın azad olunması uğrunda medalı” ilə təltif olunub.