Düşmənin S-300-ü məhv edildi – Xəbərdarlıq edilmişdibackend

Düşmənin S-300-ü məhv edildi – Xəbərdarlıq edilmişdi

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, dünən MN açıqlama yayaraq  S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi:

“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək. Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir”.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki