“DÜŞMƏNİN MÜQAVİMƏTİ QIRILIB VƏ ORDUMUZ İRƏLİ GEDİB” – Müdafiə Nazirliyibackend

“DÜŞMƏNİN MÜQAVİMƏTİ QIRILIB VƏ ORDUMUZ İRƏLİ GEDİB” – Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edir”.

Bunu TİA.AZ-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istqimətlərində döyüş əməliyyatları davam edir: “Düşmənin şəxsi heyəti arasında qorxu dərin ruh düşkünlüyü yaradır. Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istqiamətində düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib. Murov dağı istqəmətində də əməliyyat şəraiti nəzarət altındadır”.