“Düşmənin 9 tankı, 18 zirehli texnikası məhv edilib” – Ukrayna Baş Qərargahıbackend

“Düşmənin 9 tankı, 18 zirehli texnikası məhv edilib” – Ukrayna Baş Qərargahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.

TİA.AZ xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın Skadovsk rayonunda Rusiya “S-300VM” zenit kompleksinin baterasının yerləşdirib. Bildirilib ki, İzyumun cənubunda rəqib hücuma keçib: “Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib”.

Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir: “Rusiya bölgəyə havadan zərbələr endirir”.

Məlumata əsasən, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi tağımının 200-dək əxsi heyətinin hazırlığı başa çatıb. Onları Novobaxmutovkaya yerləşdiriblər: “Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar”.

Bildirilib ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Dontesk və Luqansk vilayələtləri ərazisində rəqibin 9 tankını, 18 zirehli texnikasını, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb.