DÜŞMƏN PİSLİYİNDƏN QALMIR: AĞDAM MƏSCİDİNİN HƏYƏTİNDƏN 150-YƏ YAXIN MİNA ÇIXARILIBbackend

DÜŞMƏN PİSLİYİNDƏN QALMIR: AĞDAM MƏSCİDİNİN HƏYƏTİNDƏN 150-YƏ YAXIN MİNA ÇIXARILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağır məğlubiyyətləri ilə barışmayan ermənilər Azərbaycan torpaqlarını tərk etdikcə, əraziləri minalamaqda davam edirlər. TİA.AZ xəbər verir ki, işğaldan azad edilən ərazilərmizdə xeyli sayda minanın zərərsizləşdirilməsinə baxmayaraq, prosesin uzun illər vaxt aparacağı şübhəsizdir.
Artıq ANAMA da bununla bağlı açıqlama verib. Onların hesablamalarına görə, Qarabağın minalardan tam təmizlənməsi üçün Azərbaycana 11-13 il vaxt lazımdır. Qurumdan verilən açıqlamaya görə, düşmən hər addımda mina basdırıb və bu da xeyli sayda təlafatlara səbəb ola bilər.
Məsələ ilə bağlı əldə etdiyi məlumatda isə deyilir ki, Ağdamda vəziyyət daha acınacaqlıdır. Belə ki, Azərbaycan Ordusunun Ağdam istiqamətindən hücuma keçəcəyini proqnozlaşdıran düşmən bu ərazilərin hər qarışına mina basıdırıb. Elə peşəkar hərbçilərin də bir çoxları uzun illərdir bəyan edirdi ki, Ağdam istiqamətində basdırılan minaların sayı bəlkə də onminlərlədir.
Elə əldə etdiyimiz məlumat da Ağdamdakı vəziyyəti təsəvvür etməyə imkan verir. Belə ki, noyabrın 20-də işğaldan azad edilən Ağdam rayonunun ərazisinin çox çüzi bir hissəsi minalardan təmizlənib. Ən dəhşətli mənzərə isə rayon mərkəzindəki məscidin ərazisində yaşanıb. JAMAZ.İNFO-ya məlumat verən mənbə bildirib ki, təkcə Ağdam Məscidinin həyətindən 150-yə yaxın mina aşkarlanaraq, zərərsizləşdirilib.
Görünür, ermənilər əraziniz tərk edərkən əksəriyyətin məscidi ziyarət edəcəyini bilirmiş. Üstəlik, Ağdam məsicidi rayonda dağıdılmamış yeganə tikili olub. Ona görə də, məscidin həyətini minalamaqla, Azərbaycan tərəfini daha çox itkiyə məruz qoya biləcəyini düşünərək, son düşmənçiliklərini ediblər.