Düşmən ərazisində ölən əsgərimiz qalmayıb – Rəsmibackend

Düşmən ərazisində ölən əsgərimiz qalmayıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” iddialarına cavab verib.

TİA.AZ xəbər verir ki, Vaqif Dərgahlı bu iddianın tam əsassız olduğunu deyib.

“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”, – o bildirib.