Tribuna İnformasiya Agentliyi

Düşmən atəşkəsi 16 dəfə pozub

08 Noyabr

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub. 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Müdafiə Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində və adsız 

yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz 

atəşə tutulub.

İşğal altında olan Tərtər, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı 

Qüvvələrimizin mövqeləri atəşə tutulub.