Duqinin qızının ölümünü bu təşkilat öz üzərinə götürdübackend

Duqinin qızının ölümünü bu təşkilat öz üzərinə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putinin mentoru hesab edilən politoloq Aleksandr Duqinin qızı Darya Duqina içində olduğu avtomobilin partlaması nəticəsində dünyasını dəyişib.
TİA.Az musavat.com-a istinadla xəbər verir ki, əsas hədəfin Duqin olduğu iddia edilən sui-qəsdi Rusiyada fəaliyyət göstərən Milli Respublika Ordusu (Nationalnaya Respublikanskaya Armiya) öz üzərinə götürüb.

Təşkilat öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı müharibə elan etdiklərini bəyan edib.
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqin şənbə günü Moskva yaxınlığındakı Zaxarovada keçirilən “Ənənə” ədəbiyyat və musiqi festivalına onun müavini və mətbuat katibi işləyən qızı Darya Duqina ilə qatılıb. Festivalın proqramına uyğun olaraq Duqin “Ənənə və tarix” mövzusunda mühazirə oxuyub.
Festivalın digər iştirakçısı, skripkaçı Peter Lundstrem daha sonra bildirib ki, Duqinin qızı ilə Moskvaya öz şəxsi avtomobili ilə getməsi gözlənildiyi halda, o, cipi qızına verib və başqa maşınla Moskvaya qayıdıb.3
Darya Duqinanın tək idarə etdiyi cipdə, Zaxarovadan 3 kilometr aralıda və təxminən 10 dəqiqə sürdükdən sonra, saat 21:30 radələrində əsas yolda hərəkətdə olarkən partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışın təsiri ilə avtomobil yol kənarındakı binaya çırpılaraq alovlanmağa başlayıb. 30 yaşlı Duqina avtomobildə yanaraq faciəvi şəkildə ölüb.
DARYA DUQİNA KİMDİR?
Aleksandr Duqinin qızı, 30 yaşlı Darya Duqina 2015-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Jurnalist kimi də tanınan Duqina “Beynəlxalq Avrasiya Hərəkatı” qeyri-hökumət təşkilatında siyasi müşahidəçi kimi fəaliyyət göstərirdi. Duqina Rusiyanın nəzarətində olan Ukraynanın Mariupol şəhərinə də gedib və araşdırmalar aparıb. İngiltərə Xarici İşlər Nazirliyi də iyulun əvvəlində Duqinanın sanksiya siyahısına salındığını açıqlayıb.
ALEKSANDR DUQİN KİMDİR?
Rusiyalı siyasi ekspert, sosioloq və filosof Aleksandr Duqin Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edir. Neo-Avrasiya hərəkatını mənimsəyən Duqin 2014-cü ildə “Foreign Policy” jurnalının “Müasir Dünyanın 100 Qlobal Mütəfəkkiri” siyahısına daxil edilib. Bundan əlavə, Duqin 2010-cu ildən etibarən ABŞ, Kanada və Avropa İttifaqının sanksiya siyahısındadır. Duqin eyni zamanda Kremlin ideoloqu kimi də xarakterizə edilir. Putinə yaxınlığı ilə də tanınır.