Duqinanın qətlində ittiham olunan ikinci şəxsin adı açıqlandı – Fotobackend

Duqinanın qətlində ittiham olunan ikinci şəxsin adı açıqlandı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti jurnalist Darya Duqinanın qətlində iştirak etməkdə ittiham olunan ikinci şəxsin adını açıqlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən şəxs Ukrayna vətəndaşı Boqdan Çıqanenkodur.

Xidmətin məlumatına görə, Çıqanenko Duqinanı qətlə yetirməkdə ittiham olunan Natalya Vovku saxta avtomobil nömrələri və sənədlərlə təmin edib. Bildirilir ki, o, həmçinin Vovk ilə birgə Moskvanın cənub-qərbində avtomobil qarajında əldəqayırma partlayıcı qurğu hazırlayıb.

Çıqanenkonun Rusiyaya Estoniya ərazisi vasitəsilə iyulun 30-u gəldiyi, Duqinanın qətlindən bir gün əvvəl isə ölkəni tərk etdiyi bildirilir.

Xatırladaq ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində dünyasını dəyişib. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.

Fotoda Natalya Vovk