Tribuna İnformasiya Agentliyi

BU XANIM NAĞIL QƏHRƏMANIDIR…

18 Mart

Qrimm qardaşlarının Rapunzel nağılını hamı bilir.  


Qrimm qardaşlarının Rapunzel nağılını hamı bilir. 

Milyonlarca insan tərəfindən pis qəlbli bir cadugər tərəfindən nərdivansız bir qülləyə həbs edilən Rapunzel illər ərzində heç kəsilməyən saçları ilə tanınır. Rapunzelin səsinə aşiq olan şahzadə onun uzun saçları sayəsində qülləyə dırmaşıb, onu ziyarət edə bilmişdi. Hətta saçlarını nərdivan kimi istifadə edən Rapunzel bu sayədə əsarətdən xilas olmuşdu.

Bu qədər uzun saç yalnız nağıllarda olur güman edirsinizsə, yanılırsınız. Çünki Litvada yaşayan rus Aliyə Nəsirova, 2 metrdən artıq uzun saçları ilə gerçək bir Rapunzelə bənzəyir.

Nəsirovanın sanki ayrı bir insan olan -“ailədən biri” kimi xarakterizə etdiyi saçlarının uzunluğu 2 metr 286 santimetrdir.

Nəsirovanın boyundan belə uzun olan saçlarının baxımı  bir az əziyyətlidir. Yumaq, daramaq və qurutmaq bir gün tələb edir.

27 yaşlı Nəsirovanın əri İvan Balaban da arvadının uzun saçları ilə qürur duyduğunu deyir.

Balabana görə, arvadının bu qədər uzun saçlarını kəsdirmək istəməməsi gözəl bir vəziyyətdir.


 

Rusiyanın Samara şəhərində anadan olan, amma hazırda Litvada yaşayan Aliyə Nəsirovanın saçlarının diqqətə dəyər bir ağırlığı da var.

Aliyə Nəsirovanın əri İvan Balaban, arvadının uzun saçlarının zərər görməməsi üçün əlindən gələni edir.

Balaban, xüsusilə də gecə yatdıqları zaman nələr yaşadığını belə danışır:

“O uzun saçlara zərər verməmək və yataqda yer açmaq üçün az qala divara sarılaraq yatıram”.



 

Belə ki, cütlük, tətil planlarını da Nəsirovanın saçları ucbatından  göz önünə alaraq edirlər.

Aliyə Nəsirovanın saçlarını bu qədər uzatmağa qərar verməsində uşaqlıqda qulaq asdığı Rapunzel nağılının təsiri olub.

Uzun saçlarını pilləkən kimi istifadə edərək, həbs edildiyi qüllədə  yaşayan bu nağıl obrazı gənc qadının həyatına belə təsir göstərib.

Nəsirova deyir ki, “Saçlarımı uzatmağa uşaqlıqda başladım. Çünki uzun saçı çox sevirdim. Bundan başqa, pəri nağıllarındakı uzun saçlı obrazlar mənə hər zaman təsir edirdi” deyə bildirib.

Nəsirovanın uzun saçlarını hər kəs İnstaqram səhifəsində paylaşdığı şəkillər sayəsində tanıyıb. Ondan sonra bu xanım qısa zaman ərzində  sosial media məşhuruna çevrilib.

Aliyə Nəsirova bəzi insanların ona saçlarını kəsdirib, satmasını təklif etdiyini bildirərək “Mən bunlara heç bir cavab vermirəm” deyib.

Uşaqlıqda uzun saçları üzündən pis zarafatlara məruz qaldığını da söyləyən Nəsirova, “Bir dəfə teatra gedəndə bir nəfər saçıma saqqız atdı. Bu, dəhşətli bir vəziyyət idi. Çünki saqqızdan xilas olmaq üçün saçımın bir hissəsini kəsmək məcburiyyətində qaldım” deyə danışıb.

 Ginnesin Rekordlar Kitabına düşmək fikri olmadığını deyən Nəsirova “Güman edirəm ki, saçlarının uzunluğu beş metr olan bir qadın onsuz da bu rekordun sahibidir. Mən Litvadakı ən uzun saçlı qadın olduğumu hesab edirəm”  deyə fikirlərinə yekun vurub.

İlahə