Tribuna İnformasiya Agentliyi

Dünyanın məşhur mafiya başçısı həbsxanada öldü

31 Oktyabr
ABŞ-da mütəşəkkil cinayətkar dəstənin lideri Ceyms Uitni Balqer həbsxanada dünyasını dəyişib.

“Ölkə.Az” xəbər verir ki, Balqerin həyatı bir çox filmin senarisi olmuşdu.

Qərb mətbuatının xəbərinə əsasən, Floridadakı həbsxanadan Vest Virciniyadakı həbsxanaya köçürülən Ceymsin meyiti qaldığı kamerada aşkar edilib. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun 16 illik istintaq araşdırmasından sonra Balqer 2011-ci ildə Kaliforniyada həbs edilib. 2013-cü ildə isə 11 cinayətə görə məhkum edilib.