Tribuna İnformasiya Agentliyi

Dünyanın məşhur festivalı ləğv edilmə təhlükəsi altındadır – SƏBƏB

27 İyun
Kanadanın mühüm musiqi festivallarından olan “Ottava Bluesfest”festivalı əsas səhnənin qurulacağı yerə yuvasını quran bir quş səbəbi ilə ləğv edilmə təhlükəsi yaşayır.
Moderator.az xəbər verir ki, Kanada qanunlarına görə quş və yuvasını federal hökumətin icazəsi olmadan dağıtmaq ölkədə qadağan olunub.
Məsələ ilə bağlı açıqlama verən festivalın kommunikasiya direktoru federal hökumətdən quşu və yumurtaların başqa yerə daşınması üçün icazə gözlədiklərini söyləyib.
Təşkilatçılar əasas səhnə quracaqları yeri dəyişsələr də, festivala gələcək izdihamın quşu qorxutmasından və yumurtalarını buraxaraq qaçmasından narahat olurlar.