Dünyanın ilk yaşayış gəmisi inşa edilirbackend

Dünyanın ilk yaşayış gəmisi inşa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın “Brodosplit” gəmiqayırma zavodu və fərdi yaşayış evləri tikən “Storylines” şirkəti dünyanın ilk yaşayış gəmisini inşa etmək üçün müqavilə bağlayıblar.

547 mənzildən ibarət yaşayış kompleksi “Narrative” adlandırılacaq.

Üzən yaşayış kompleksinin 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mənzillərin qiyməti 1-8 milyon dollar arasında dəyişəcək. Yaşayış yerləri icarəyə də götürülə bilər – 2 il müddətinə 647 min dollar ödəmək lazım gələcək, lakin kirayə verilən mənzillərin sayı məhdudlaşdırılacaq.

Mənzillərin satışından 1.5 milyard dollar gəlir əldə ediləcəyinə ümid bəslənilir.

Gəmi xüsusi kruiz gəmisindən onunla fərqlənir ki, o, dənizdə yaşamaq üçün nəzərdə tutulur. Burada poçt şöbəsi, kitabxana, xəstəxana, hovuzlar, bank, ofislər, 20 bar və restoran, sağlamlıq mərkəzi və cavanlaşdırma klinikası, spa, idman zalı, qayıqlar, boulinq klubu, tennis kortu, yoqa və qaçışla məşğul olmaq üçün sahə və sair olacaq.

Gəmi LNG ilə işləyəcək. Bundan əlavə, tullantıları enerjiyə çevirən texnologiyala təchiz ediləcək. Günəş enerjisi ilə “cana gələcək” hidroponik bağdan isə əlavə enerji sərf etmədən təzə məhsullar əldə etmək mümkün olacaq.

“Lüks mənzil sahibləri evlərini tərk etmədən dünyanı gəzəcəklər. Bütün marşrut boyunca onlar üçün maraqlı ekskursiyalar təşkil olunacaq”, – “Storylines” qeyd edir. (“Seanews.az”)