Dünyanın ilk uğurlu üz və əl nəqli həyata keçirilibbackend

Dünyanın ilk uğurlu üz və əl nəqli həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Cersidən olan 22 yaşlı amerikalı Co Dimi dünyada uğurlu üz və əl nəqli əməliyyatı həyata keçirilən ilk insan olub.

Bu barədə TİA.AZ “NBC News”a istinadən xəbər verir.

Qeyd olunur ki, bundan əvvəl dünyada yalnız 2 belə əməliyyat həyata keçirilsə də, hər ikisi uğursuz alınmışdı. Ümumilikdə isə dünyada 50-yə yaxın üz və 100-ə yaxın əl nəqli həyata keçirilib. Ancaq bir xəstəyə hər iki nəqli eyni vaxtda uğurla həyata keçirmək indiyə qədər heç vaxt mümkün olmamışdı.

Transplantasiya əməliyyatı infeksiyalar, damarları yenidən bağladıqdan sonra damar çatışmazlığı və ya xəstənin orqanizminin yeni orqanı rədd etməsi səbəbindən asanlıqla boşa çıxa bilər.

“Həm əlin, həm də üzün nəqli barədə danışarkən ona tarixdə buna iki dəfə cəhd edildiyini və hər iki hadisənin də uğursuz olduğunu, hətta xəstələrdən birinin öldüyünü söyləməli idim. Riskləri başa düşürdüm. O da anlayırdı ki, keçmişdə uğurlu olmayan əməliyyatlar edilib, ancaq hamımıza daha çox inanırdı”, – transplantasiyanı həyata keçirən həkim Eduardo Rodriges deyib.

Xatırladaq ki, Co Dimi 2018-ci ilin iyul ayında işdən evə gec saatlarda gələrkən sükan arxasında yuxuya getmiş, nəticədə qəzaya uğramışdı. Onun idarə etdiyi avtomobil bir neçə dəfə çevrildikdən sonra alovlanmışdı. Co qəzadan təxminən üç ay sonra xəstəxanada ayılıb. Qəza zamanı çıxan yanğın nəticəsində onun bədəninin 80%-i yanıq xəsarətləri alıb. Bu müddətdə o, 20-yə yaxın rekonstruktiv əməliyyat keçirib.

Uyğun donor yalnız 2020-ci ilin avqust ayında tapılıb. Əməliyyat 23 saat davam edib. İndi Co təkbaşına yemək yeyə, əllərini yuya və hətta bilyard oynaya bilər.