Dünyanın iki məşhur milyarderi Türkiyəyə niyə gəldi? (SƏBƏB)backend

Dünyanın iki məşhur milyarderi Türkiyəyə niyə gəldi? (SƏBƏB)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyanın iki məşhur milyarderinin – Bill Qeyts və Ceff Bezosun Türkiyəyə səfər etməsinin səbəbi açıqlanıb.
Dünyanın ən varlı adamları siyahısında yer alan Bill Qeyts 28 oktyabrda 66 yaşını Türkiyədə qeyd edib. Onun doğum gününə Ceff Bezosla yanaşı, dünyanın bir çox ulduzları və iş adamları qatılıb. Doğum günü mərasimi Göltürkbükündəki (Bodrum) luks bi villada keçirilib.
Qeyd edək ki, “Microsoft”un qurucusu Bill Qeyts 107 metr uzunluğu, 16 metr eni olan “Lana” adlı yaxtası ilə Türkiyəyə gəlib. O, Kayman adaları bayrağı altında üzən yaxtası ilə İzmir, Aydın və Muğla sahillərini gəzib, iş adamı Efes antik şəhərini və Bodrum qalasını ziyarət edib.
Bill Qeytsdən iki gün sonra Ceff Bezosun 136 metr uzunluqdakı “Flying Fox” adlı yaxtası Bodrum sahillərinə çatıb.