Dünyanın ən yaşlı qrossmeysteri vəfat edibbackend

Dünyanın ən yaşlı qrossmeysteri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən yaşlı qrossmeysteri Yuri Averbax vəfat edib.

TİA.AZ xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyası məlumat yayıb.

Təcrübəli şahmatçı 101 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yuri Averbax 1952-ci ildə qrossmeyster olub. O, 1954-cü ildə SSRİ çempionu, 1957 və 1965-ci illərdə SSRİ yığması ilə Avropa çempionu adını qazanıb.