Dünyanın ən xoşbəxt ölkəsi hansıdır?backend

Dünyanın ən xoşbəxt ölkəsi hansıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya “World Happiness Report”da (Dünya Xoşbəxtlik Hesabatı) ardıcıl beşinci dəfədir ki, dünyanın ən xoşbəxt ölkələri siyahısına başçılıq edir.

Ən xoşbəxt ölkələrin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Niderland, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir. ABŞ 16-cı (2021-ci ildə 14-cü), Böyük Britaniya 17-ci (2021-ci ildə 18-ci), Fransa 20-ci (dəyişməmiş) yerdədir.

Xoşbəxtliyin ən az olduğu ölkələr isə Əfqanıstan və Livan hesab edilib.

“World Happiness Report” hər il Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Bölməsi tərəfindən hazırlanır. O, dünyanın 146 ölkəsini qiymətləndirir və gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəriciləri nəzərə alır. “World Happiness Report” ilk dəfə 2012-ci ildə dərc edilib.

Mənbə: RİA Novosti