Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandıbackend

Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı

“Forbes” nəşri ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, siyahının hazırlanmasında idmançıların son bir ildə aldıqları mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar nəzərə alınıb.
Dünyanın ən çox qazanan idmançısı Rocer Federer olub. İsveçrəli tennisçi bir il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. Onun hazırda 13 müqaviləsi mövcuddu. Bu müqavilələrin hər biri 38 yaşlı Federerə 3 milyon dollardan 30 milyon dollarına qədər vəsait ödəyir.
Kriştianu Ronaldu dünyanın ən çox qazanan ikinci idmançısıdı. “Yuventus”un portuqaliyalı ulduzu il ərzində 105 milyon dollar qazanıb.
İlk “üçlüy”ü Lionel Messi qapayır. “Barselona”nın argentinalı ulduzu son bir ildə 104 milyon dollar gəlir əldə edib. Onu 95,5 milyon dollarla PSJ-nin braziliyalı futbolçusu Neymar izləyib.
Dünyanın ən çox qazanan 10 idmançısı:
1. Rocer Federer (tennis) – 106,3 milyon dollar
2. Kriştianu Ronaldu (futbol) – 105 milyon dollar
3. Lionel Messi (futbol) – 104 milyon dollar
4. Neymar (futbol) – 95,5 milyon dollar
5. Lebron Ceyms (basketbol) – 88,2 milyon dollar
6. Stefan Karri (basketbol) – 74,4 milyon dollar
7. Kevin Dyurant (basketbol) – 63,9 milyon dollar
8. Tayqer Vuds (qolf) – 62,3 milyon dollar
9. Kirk Kazins (Amerika futbolu) – 60,5 milyon dollar
10. Karson Vençin (Amerika futbolu) – 59,1 milyon dollar
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki