Tribuna İnformasiya Agentliyi

Dünyanın dağılacağı tarixi deyən Vanqa: “Tək lider Rusiya olacaq”

13 Aprel

“Əkiz qüllələr”ə hücum (11 sentyabr hadisəsi), Brexit, İŞİD-in yüksəlişi kimi bir çox önəmli hadisələri öncədən görən Vanqa adlı məşhur öngörücünü tanımayan çox az adam var.

 Vanqanın hazırda dünyanın lider dövlətləri arasında gedən gərginliklə bağlı söylədikləri ortaya çıxıb.

1996-cı ildə ölən, əslən Bolqarıstandan olan Vanqa adlı qadın dünyasını dəyişməzdən öncə 51-ci yüzilliyə qədər bir çox təxminlər vermişdi.

Balkan ölkələrinin Nostradamusu kimi xatırlanan Vanqa Çinin 2018-ci ildə supergüc olub, bu ünvanı ABŞ-dan alacağını və Rusiyanın dünyanın tək lideri olacağını deyib.

Картинки по запросу VANGA Valentin Sidorov

Vanqa kimi tanınan, əsl adı Vanqeliya Quştereva dünya tarixinin ən məşhur kahinlərindən olub. Vanqanın ən məşhur təxminlərindən biri isə 51-ci yüzillikdə dünyanın sonunun gələcəyini deməsidir.

Vanqanın 2018-ci illə bağlı bir çox təxminləri bilinir. Lakin Vanqa nənənin 1979-cu ildə rus yazıçı Valentin Sidorova dedikləri ortaya çıxıb.

İddialara görə, o, rus yazıçıya bunları deyib: “Rusiyanı heç kim dayandıra bilməyəcək, dünyanın tək lideri olacaq. Hər şey buz kimi əriyəcək. Rusiyanın və Vladimirin şöhrəti toxunulmaz olaraq qalacaq”.

Burada söylənilən Vladimirin, hazırkı Rusiya prezidenti Vladimir Putinin olduğu ehtimal edilir.

Vanqanın 2018-ci il üçün daha bir önəmli təxmininin olduğu açıqlanıb. İddialara görə, Vanqa Çinin 2018-ci ildə yeni “supergüc” olacağını deyib. 1970-ci ildə Çinin dünya iqtisadiyyatına qatqısı 4.1 faiz idisə, 2015-ci ildə bu rəqəm 15.6 faizə qalxıb. Rusiya qəzetlərində dərc olunan məqalələrin birində bu rəqəmlərə baxılarsa, Vanqanın dediyinin doğru olacağının ehtimal edildiyi yazılır.

Ünlü Kahin Baba Vanga: Dünyanın Tek Lideri Rusya Olacak

Vanqanın 2018-ci il üçün daha bir maraqlı proqnozu isə Venera planeti ilə bağlıdır. Vanqa 2018-ci ildə Venerada bir enerji mənbəyi əldə olunacağını demişdi. Ən maraqlısı isə bunun alimlər tərəfindən təsdiq olunmasıdır.

Belə ki, alimlər bunun həqiqətən ola biləcəyini ehtimal edirlər. Önümüzdəki aylarda alimlər Günəş ətrafında araşdırmalara başlayacaqlar. Günəşin ətrafındakı maqnit sahəsinin strukturunu öyrənməyə ümid edən mütəxəssislər, burada yeni bir kəşfə imza atmaq istəyirlər.

Картинки по запросу Venüs

Məlumat üçün bildirək ki, Vanqanın proqnozları arasında 2028-ci ildə dünyada aclığın sona çatacağı, 2256-cı ildə isə Marsda koloniyaların qurulacağı və 2341-ci ildə planetimizdə yaşayışın dözülməz həddə çatacağı haqda da məlumatlar var.

Turan Oruc,
Musavat.com

Ünlü Kahin Baba Vanga: Dünyanın Tek Lideri Rusya Olacak