Dünyanın 2500-dən çox riyaziyyatçısı Rusiyanı hədələdibackend

Dünyanın 2500-dən çox riyaziyyatçısı Rusiyanı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyanın iki min beş yüzdən çox riyaziyyatçısı Beynəlxalq Riyaziyyatçılar Konqresinə məktub imzalayaraq Rusiya rəhbərliyinə müraciət edib. 
Qaynarinfo xəbər verir ki, riyazıyyatçılar Moskva Dövlət Universitetinin aspirantı Azad Miftaxovun sərbəst buraxılmasını tələb eləyib.
“Novaya Qazeta”nın verdiyi məlumata görə, açıq məktuba 15 ölkənin riyaziyyatçıları imza atıb. İmzalayan tərəflər bildirib ki, ICM Miftaxov məsələsində aktiv mövqe tutmalıdır, əks halda gələn il Sankt-Peterburq Beynəlxalq Riyaziyyatçılar Konqresi boykot ediləcək. Onlar bunu belə izah ediblər ki, elm adamları üçün “azadlıq ən yüksək dəyərlərdən biridir”, bu səbəbdən bir həmkarın həbsi fonunda konqresdə iştirak etmək ciddi bir dilemma olacaqdır.
Qeyd edək ki, Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat Fakültəsi məzunu 2019-cu ilin fevralında həbs olunub, o, xuliqanlıqda ittiham olunur.
İstintaqa görə, Miftaxov digər iki müttəhimlə birlikdə Xovrinoda Vahid Rusiya Partiyasının pəncərəsini sındıraraq otağa tüstü bombası atıb. Başlanğıcda aspirant partlayıcı hazırlamaqda günahlandırılsa da, bir qabaqlayıcı tədbir qəbul edilmədən sərbəst buraxılıb, təcridxanadan çıxdıqda isə yenidən xuliqanlıq hadisəsində tutulub.
Prokurorluq Miftaxov üçün ümumi rejimli koloniyada altı il istəyib. O, günahını boynuna almır və anarxist olduğu üçün öz təqibini siyasi hesab edir.