Dünyanın 100 ən nüfuzlu şirkəti açıqlanıbbackend

Dünyanın 100 ən nüfuzlu şirkəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Time” jurnalı dünyanın ən nüfuzlu şirkətlərinin siyahısını açıqlayıb. TİA.AZ xəbər verir ki, siyahı nəşrin saytında dərc edilib.

Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi 5 kateqoriyaya bölünüb – “Pionerlər”, “Liderlər”, “İnnovatorlar”, “Nəhənglər” və “Dağıdıcılar”.

“Pionerlər” kateqoriyasında birinci yeri amerikalı aktrisa və prodüser Riz Uizerspun tərəfindən yaradılmış “Hello Sunshine” media şirkəti tutub. Bu kateqoriyada həmçinin müğənni Rihannanın “Savage X Fenty” alt paltarı istehsal edən şirkəti və Kanadanın çətənə üzrə ixtisaslaşmış əczaçılıq şirkəti “Tilray” yer alıb.

“Liderlər” kateqoriyasına Milli Basketbol Assosiasiyası (NBA) rəhbərlik edir. Bu kateqoriyaya həmçinin elektronika istehsalçıları “Apple” və “Sony”, idman geyimləri istehsalçısı “Nike”, “Twitter” sosial şəbəkə saytı və “Mastercard” maliyyə korporasiyası daxil edilib.

“İnnovatorlar” bölməsində birinci yeri “Gro Intelligence” analitik şirkəti tutub. Bu siyahıda “Moderna” biotexnologiya şirkəti, “Netflix” striminq xidməti, “Zoom” videokonfrans proqramı və “Spotify” musiqi xidməti də var.

“Nəhənglər” kateqoriyasına avtomobil istehsalçısı “General Motors” rəhbərlik edir. Jurnal həmçinin “Facebook” sosial şəbəkəsini, “Disney” media konqlomeratını, “Google” transmilli korporasiyasını, “Microsoft” şirkətini və “Amazon” ticarət platformasını bu siyahıya əlavə edib.

“Dağıdıcılar” bölməsində birinci yeri “Illumina” şirkəti tutub. Siyahıya həmçinin elektromobil istehsalçısı “Tesla”, “Airbnb” kirayə mənzil və ev axtarış saytı, “Clubhouse” sosial şəbəkəsi və “OnlyFans” xidməti daxil edilib.