Tribuna İnformasiya Agentliyi

Dünyanın ən zərərli elm adamı: Tomas Midqli

10 Oktyabr

Dünya tarixində bir çox fəlakət yaşanıb. Bəlkə də heç biri Tomas Midqli qədər dünyaya zərər verməyib. Bir elm adamı üçün nə qədər bədbəxtlikdir. Elm adamları ümumiyyətlə gördükləri işlərlə dünyaya töhfələr verirlər, fəqət Tomas Midqli üçün bu, bir az fərqli olmuş, o, bir növ insanlıq adına cinayət işləmişdir. Deyəcəksiniz ki, “Elmi araşdırmanın pis tərəfi olarmı?” Silahlardan, atom bombalarından elmin necə ağır fəlakətlərə səbəb olduğunu demək olar ki, hamımız bilirik.

Ekoloq tarixçi Con Medli “Dünya tarixində heç bir canlı, ətraf mühitə və insanlara Tomas Midqli qədər zərər verməmişdir” deyib. Amerikalı mühəndis və kimyaçı Tomas Midqli dünya tarixinə adını ətraf mühitə ən çox ağır zərər verən elm adamı kimi yazdırdı.

Midqli qurğuşunlu benzini (qurğuşun tetra-etil) icad etdi. Qurğuşunun ucuz olmasından qaynaqlanan bu maddə bir çox sahədə istifadə edilməyə başlandı. İstifadə edilən sahələrin başında bildiyimiz kimi, avtomobillər var idi. Daha acınacaqlı tərəfi qurğuşunun istifadə edildiyi zavod və fabriklərdə işləyən işçilər bu maddədən qaynaqlanan səbəblərdən ölməyə başladı. Bir müddət sonra artan ölüm hadisələrindən sonra hökumət son çarə olaraq zavod və fabrikləri bağlatdırdı. Qurğuşunun təsirinə məruz qalan insanlarda korluq, yuxusuzluq, böyrək çatışmamazlığı, xərçəng, lezion kimi xəstəliklər yaranmağa başladı. Fəqət Midqlini heç nə dayandırmadı. Bu dəfə də dünyanın ən mühüm problemi olan ozon təbəqəsinin dəlinməsində baş rol oynadı. Kimyaçı Tomas dezodorantlarda, dondurucularda və bəzi sənaye sahələrində istifadə edilən xloroflorokarbonu (CFC) tapdı. Qurğuşun kimi zərərli təsirləri çox sonralar ortaya çıxan xloroflorokarbon ancaq 70-ci illərdə qadağan edildi. Ancaq Tomas Midqli çoxdan işini tamamlamış və dünyanı fəlakətlərə sürükləyən icadlarının təsirini ətraf mühitə yaymışdı. Verdiyi bu qədər zərərdən sonra onun ölümü də bir xeyli maraqlı olub. Tomas qurğuşun zəhərlənməsi və uşaq iflici səbəbi ilə 51 yaşında yatalaq xəstəsi olub və özünü yataqdan qaldıracaq bir aparat düzəldib. Ancaq 55 yaşında bu aparatın silindrli hissəsinə ilişərək boğulub ölüb.

Qaynaq: allthatsinteresting.com