Tribuna İnformasiya Agentliyi

Dünyanın ən yeni adasında həyat əlamətləri görüldü – MARAQLI

12 Fevral
Tonqa yaxınlığında 4 il əvvəl su altı vulkanik partlama nəticəsində yaranan adanın quşlara və çiçəklərə ev sahibliyi etməyə başladığı müəyyənləşdirilib.
Moderator.az xəbər verir ki, Cənubi Sakit Okeandakı 176 adalı Polineziya ölkəsi Tonqa yaxınlığında 2015-ci ildə partlayan su altı vulkanının yaratdığı dünyanın ən yeni adasında həyat əlamətlərinin göründüyü açıqlanıb.
Yeni Zelandiyada yer alan xəbərə görə, paytaxt Nukualofanın təxminən 70 kilometr şimal-qərbindəki Hunga Tonqa ilə Hunga Haapai adaları arasında 4 il əvvəl partlayan su altı vulkandan püskürən lavaların yaratdığı adanı bir qrup elm adamı ziyarət edib.Tonqalı geoloqlar və elm adamları səfər zamanı adada yaşayan quş növlərinə və çiçəklərə rast gəldiklərini bildiriblər.