Tribuna İnformasiya Agentliyi

Dünyanın ən yaxşı restoranları… – Maraqlı

20 İyun
Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş-aşbaz Vladimir Muxinin Moskva restoranı “White Rabbit” The World 50 Best Restaurantsın apardığı illik ictimai iaşələrin reytinqində 15-ci yer tutub.
Smolensk pasajındakı restoran artıq dördüncü ildir ki, dalbadal 50 ən yaxşı restoran reytinqinə düşür, amma bu dəfə 8 pillə yuxarı qalxmağa müvəffəq olub.
“Baş-aşbaz Vladimir Muxin Rusiyada gənc istedadlı kulinarların yeni dalğasına başçılıq edir. O, yerli mövsümi inqrediyentlərdən istifadə etməklə və öz xarizması ilə məşhurlaşıb “,- nüfuzlu The Restaurant Magazine jurnalının versiyası üzrə reytinq saytında yerləşdirilmiş məlumatda deyilir.
2018-ci ildə dünyanın ən yaxşı restoranı İtaliyanın Moden şəhərindəki Osteria Francescana restoranı hesab edilib. İkinci və üçüncü yerləri müvafiq olaraq Jirondakı ispan restoranı El Celler de Can Rosa və Mentondakı fransız restoranı Mirazur tutub.
Bundan başqa nəşrin genişləndirilmiş reytinqində Moskva restoranları Selfie (70-ci yer) və Twins Garden (72-ci yer) də yer tutub.
P.S.: Bakı restoranları ilk yüzlükdə yoxdur.