Tribuna İnformasiya Agentliyi

Dünyanın ən xoşbəxt ölkəsi bəlli oldu

14 Mart

Birləşmiş Millətlər Davamlı İnkişafın Tənzimlənməsi Şəbəkəsi (UNSDSN) dünyanın ən xoşbəxt ölkəsinin Finlandiya olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, təşkilat tərəfindən dünyanın 156 ölkəsində araşdırma aparılıb və “Dünya Xoşbəxtlik Hesabatı – 18” (WHR) hazırlanıb.

Bu ölkələrdən 117-də qaçqın və köçkünlərin də diqqətdə saxlandığı araşdırma nəticəsində finlandiyalılar dünyanın ən xoşbəxt xalqı seçilib.

Finlandiyanı Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya izləyir.

ABŞ 4 pillə geriləyərək 18-ci sırada qərarlaşıb.