Tribuna İnformasiya Agentliyi

Dünyanın ən varlı dilənçisi öldü

17 May
Livanın paytaxtı Beyrutda ölü tapılan dilənçi qadının bank hesablarında külli miqdarda pul aşkarlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 15 ildir Beyrutda dilənçilik edən 54 yaşlı Fatma Məhəmməd Osmanın meyiti tapılıb. Onun yaşadığı köhnə nəqliyyat vasitəsində 4 min, bank hesabında isə 5,5 milyon dollar olduğu məlum olub.
Fiziki məhdudiyyətli Fatma illərlə zərgər mağazasının qarşısında dilənib. Ərazidə işləyən satıcılar qadına yemək verərək ona köməklik göstəriblər.
Onun vəziyyəti bir neçə gün əvvəl pisləşib və xəstəxanaya getməyə razı olmayıb. Fatma Məhəmməd Osman Ramazan ayına “iş mövsümü” deyərək dilənməyə davam edib.